Milli Statistika Xidməti- Mart ayında Gürcüstan iqtisadiyyatı 8,2 faiz artıb
Milli Statistika Xidmətinin ilkin qiymətləndirməsinə əsasən, 2024-cü ilin mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 8,2 faiz təşkil edib, birinci rübün orta real artımı isə 7,8 faiz müəyyən edilib.
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2024-cü ilin mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə emal sənayesi, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, daşınmaz əmlakla bağlı fəaliyyətlər kimi sahələr artıma əhəmiyyətli töhfə verib. Tikinti, enerji, nəqliyyat və anbar sektorunda isə azalma tendensiyası müşahidə olunub.