Milli Statistika Xidməti- İyunda may ayı ilə müqayisədə Gürcüstanda tikinti ucuzlaşıb
Milli Statistika Xidməti- İyunda may ayı ilə müqayisədə Gürcüstanda tikinti ucuzlaşıb

 
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2024-cü ilin iyun ayında tikintinin dəyər indeksi əvvəlki ayla müqayisədə 0,04 %-lə azalıb.

Milli Statistika Xidmətinin məlumatında, tikinti materiallarının qiymətlərinin 0,1 faiz azalmasının sözügedən dəyişikliyə səbəb olduğu, bunun da ümumi indeks dəyişikliyinə -0,07 faiz bəndi töhfə verdiyi deyilir.

“Keçən ilin müvafiq ayı ilə müqayisədə tikintinin dəyər indeksi 8,5 %-lə artıb. İndeksin artımına daha çox tikinti sahəsində çalışan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının 25,6 faiz artması və tikinti materiallarının 3,8 faiz bahalaşması səbəb olub, bu da müvafiq olaraq ümumi indeks dəyişikliyinə 4.85 və 2,28 faiz bəndi töhfə verib. Bununla yanaşı, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikintinin dəyər indeksi 17,2 faizlə artıb – Milli Statistika Xidməti tərəfindən dərc edilmiş hesabatda qeyd olunub.