Milli Statistika Xidməti- iyun ayında inflyasiyanın Avropa İttifaqı metodologiyası ilə hesablanmasının nəticəsi milli metodologiya ilə hesablanmış inflyasiyadan 0,5 faizlə az olub və 0,1 faiz təşkil edib
2022-ci ildən Gürcüstanın Milli Statistika Xidməti yeni indikatorun, İstehlak Qiymətlərinin Harmoniyalaşdırılmış İndeksini dərc etməyə başlayıb. Milli Statistika Xidmətinin yaydığı məlumata əsasən, bu metodologiya ilə 2023-cü ilin iyun ayında inflyasiya 0,1 faiz təşkil edib, bu da milli metodologiya ilə hesablanmış 0,6 faizlik inflyasiyadan 0,5 faizlə azdır.
Ayrı-ayrı komponentlərə gəlincə, Aİ-nin HICP metodologiyasına əsasən, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə faiz dəyişməsi aşağıdakı kimi bölüşdürülür:
Qida və alkoqolsuz içkilər – -1,2%; spirtli içkilər, tütün – 7,4%; paltar və ayaqqabı – 0,8%; mənzil, su, işıq, qaz və digər istilik növləri – 3,6%; mebel, məişət əşyaları və bəzək əşyaları, evə qulluq və təmir – 6,6%; səhiyyə – -7,2%; nəqliyyat – -12,1%; rabitə – -2,7%; istirahət, əyləncə və mədəniyyət – 1,0%; təhsil – 7,0%; mehmanxana, kafe və restoranlar – 7,2%; müxtəlif mal və xidmətlər – 15,9%.