Milli Statistika Xidməti- iyun ayında Gürcüstanda illik inflyasiya 0,6 faiz təşkil edib
Milli Statistika Xidmətinin yaydığı məlumata əsasən, 2023-cü ilin iyun ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -0,7 faiz, illik inflyasiyanın səviyyəsi isə 0,6 faiz təşkil edib.
Baza inflyasiyaya gəlincə, Milli Statistika Xidmətinin yaydığı məlumata əsasən, 2023-cü ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 4,1 faiz təşkil edib, tütün olmadan isə illik baza inflyasiya səviyyəsi 4,0 faizlə müəyyən edilib.
“Aylıq inflyasiya indeksinin formalaşmasına əsasən aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri təsir göstərib: ərzaq və alkoqolsuz içkilər: qrup üzrə qiymətlər 3,2 faizlə azalıb, bu da aylıq inflyasiyada -1,08 faiz bəndi ilə əks olunub. Aşağıdakı alt qruplar üzrə qiymətlər ucuzlaşıb: tərəvəz və bostan bitkiləri (-19,1 faiz), yağ (-4,9 faiz), çörək və çörək məhsulları (-2,7 faiz), süd, pendir və yumurta (-1,6 faiz), ət və ət məhsulları (-0,6 faiz).
Bundan əlavə, balığın qiymətləri artıb (3,3 faiz); Nəqliyyat: qrupda qiymətlər 1,5 faizlə artıb, bu da ümumi indeksə 0,17 faiz bəndi ilə əks olunub. Fərdi nəqliyyat vasitələrinin istismarı (2,0 faiz) və nəqliyyat xidmətlərinin (0,8 faiz) qiymətləri bahalaşıb; mənzil, su, işıq, qaz: qrupda qiymətlərdə 0,8 faizlik artım qeydə alınıb, bu da ayın inflyasiyasında 0,08 faiz bəndi ilə əksini tapıb. Qiymətlər aşağıdakı alt qruplar üzrə artıb: mənzillərin cari istismarı və təmiri (7,0 faiz) və mənzilə olan faktiki vergi (1,3 faiz)”-deyə Milli Statistika Xidmətinin dərc etdiyi hesabatda qeyd olunub.