Milli Statistika Xidməti- ilkin göstəricilərlə 2023-cü ilin birinci rübündə Gürcüstan iqtisadiyyatı 7,7 faizlə artıb
Milli Statistika Xidməti- ilkin göstəricilərlə 2023-cü ilin birinci rübündə Gürcüstan iqtisadiyyatı 7,7 faizlə artıb

 

2023-cü ilin birinci rübündə ümumi daxili məhsulun həcmi cari qiymətlərlə 16 470,9 mln. lariyə bərabər olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə real ümumi daxili məhsulun artımı 7,7 faiz təşkil edib. 2023-cü ilin birinci rübündə ÜDM deflyatorunun faiz dəyişməsi 6,8 faizlə müəyyən edilib- məlumatı Milli Statistika Xidməti yayır.

Milli Statistika Xidmətinin yaydığı məlumatda 2023-cü ilin birinci rübündə aşağıdakı sahələrin artıma əhəmiyyətli töhfə verdiyi deyilir: topdan və pərakəndə ticarət; Avtomobil və motosiklet təmiri (14,0 faiz), informasiya və rabitə (44,2 faiz), tikinti (15,1 faiz), dövlət idarəçiliyi və müdafiə (10,5 faiz), təhsil (13,4 faiz), incəsənət, əyləncə və istirahət (17,2 faiz).

Bununla yanaşı, istehsal sənayesi (-6,6 faiz), səhiyyə və sosial xidmət fəaliyyəti (-12,7 faiz), mədənçıxarma (-10,8 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (-2,3 faiz) və daşınmaz əmlak kimi sahələrlə əlaqəli fəaliyyətlərdə (-0,3 faiz) azalma qeydə alınıb.

Ümumi daxili məhsulun sahə strukturunda isə ən böyük 14,4 faizlik pay ilə ticarət və 12,0 faiz hissə ilə daşınmaz əmlakla bağlı fəaliyyətlər seçilir. Sonrakı mövqeləri emal sənayesi – 9,3 faizlə, dövlət idarəçiliyi – 7,9 faizlə, tikinti – 6,5 faizlə, nəqliyyat və anbar təsərrüfatı – 5,9 faizlə, təhsil – 5,6 faizlə, maliyyə və sığorta fəaliyyətləri – 5,5 faizlə, informasiya və rabitə – 5,5 faizlə tutur.

Ümumi daxili məhsulun hesablanması rüblər üzrə aylıq və rüblük göstəricilər əsasında həyata keçirilir. İllik sorğunun nəticələri adətən rüblük sorğunun göstəricilərindən fərqlənir. Müvafiq olaraq, illik sorğunun göstəriciləri nəzərə alınmaqla rüblük ümumi daxili məhsulun dəqiqləşdirilməsi zərurəti yaranır.