Milli Statistika Xidməti- ilkin göstəricilərə əsasən 2023-cü ilin yanvarında Gürcüstanda xarici ticarət dövriyyəsi 29,1 faizlə artıb
Milli Statistika Xidmətinin ilkin göstəricilərinə əsasən 2023-cü ilin yanvarında Gürcüstanda xarici ticarət dövriyyəsi (bəyan olunmamış ticarət olmadan) 1461,8 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,1 faizlə çoxdur.
Milli Statistika Xidmətinin məlumatında bildirilir ki, bu göstəricidə ixracın payı 459,0 mln. ABŞ dolları təşkil edib, yəni 38,5 faizlə artıb, idxal isə 1 002,8 mln. ABŞ dolları – artım 25,2 faizdir. 2023-cü ilin yanvar ayında Gürcüstanın mənfi ticarət saldosu 543,9 mln. ABŞ dolları təşkil edib, bu da xarici ticarət dövriyyəsinin 37,2 faizidir.
Bundan əlavə, Milli Statistika Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar ayında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində on ən böyük ticarət tərəfdaşı ölkənin payı 68,4 faiz təşkil edib. Rusiya – 263,6 mln. ABŞ dolları ilə, Türkiyə – 196,1 mln. ABŞ dolları və Azərbaycan-120,4 mln. ABŞ dolları ilə ölkənin ən böyük ticarət tərəfdaşlarıdır.