Milli Statistika Xidməti- Gürcüstanda illik inflyasiya 9,8 faiz təşkil edib
Milli Statistika Xidməti 2022-ci ilin dekabr ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsinin 0,3 faiz, illik inflyasiyanın səviyyəsinin isə 9,8 faiz təşkil etməsi barədə məlumat yayır.
Baza inflyasiyasına gəlincə, Milli Statistika Xidmətinin məlumatında 2022-ci ilin dekabr ayında bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz təşkil etdiyi, tütünsüz illik baza inflyasiyasının isə 6,8 faizlə müəyyən edildiyi deyilir.
“Aylıq inflyasiya göstəricisinin formalaşmasına əsasən aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri təsir göstərib: nəqliyyat qrupunda qiymətlər 2,7 faiz azalıb ki, bu da ümumi indeksə -0,31 faiz bəndi ilə əks olunub. Aşağıdakı alt qruplar üzrə qiymətlər azalıb: nəqliyyat xidmətləri (-2,9 faiz), fərdi nəqliyyat vasitələrinin istismarı (-2,8 faiz) və nəqliyyat vasitələrinin alışı (-1,5 faiz);
Ərzaq və alkoqolsuz içkilər: Qrup üzrə qiymətlər 0,4 faiz artıb ki, bu da aylıq inflyasiyaya 0,13 faiz bəndi ilə əks olunub. Aşağıdakı alt qruplar üzrə qiymətlər artıb: tərəvəz və bostan bitkiləri (3,0 faiz), balıq (2,1 faiz), süd, pendir və yumurta (1,2 faiz).
Bununla yanaşı, qiymətlər aşağıdakı alt qruplar üzrə azalıb: yağ (-2,0 faiz) və meyvə və üzüm (-1,1 faiz); Mənzil, su, işıq, qaz: Qrupda qiymətlərdə 0,8 faiz artım qeydə alınıb ki, bu da ayın inflyasiyasına 0,09 faiz bəndi ilə əks olunub. Qiymətlər əsasən faktiki mənzil vergisi hesabına artıb (2,1 faiz);
Alkoqollu içkilər, tütün: Qrupda qiymətlərdə 1,2 faiz artım qeydə alınıb ki, bu da ayın inflyasiyasına 0,08 faiz bəndi ilə əks olunub. Əsasən tütün məmulatlarının (2,2 faiz) qiyməti bahalaşıb” -deyə Milli Statistika Xidmətinin dərc etdiyi məlumatda qeyd olunub.