Milli Statistika Xidməti- Apreldə Gürcüstanda tikinti işləri bahalaşıb
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2024-cü ilin aprel ayında tikintinin dəyər indeksi əvvəlki ayla müqayisədə 0,6 faiz artıb.
Milli Statistika Xidmətinin məlumatında, tikinti materiallarının qiymətlərinin 0,5 faiz artmasının sözügedən dəyişikliyə səbəb olduğu, bunun da ümumi indeks dəyişikliyinə 0,28 faiz bəndi töhfə verdiyi deyilir.
“Keçən ilin müvafiq ayı ilə müqayisədə tikintinin dəyər indeksi 10,8 faiz artıb. İndeksin artımına daha çox tikinti sahəsində çalışan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının 37,0 faiz və tikinti materiallarının 4,5 faiz bahalaşması səbəb olub, bu da müvafiq olaraq ümumi indeks dəyişikliyinə 7,21 və 2,72 faiz bəndi töhfə verib. Bununla yanaşı, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikintinin dəyər indeksi 16,9 faiz artıb” – Milli Statistika Xidmətində bildirirlər.