Milli Statistika Xidməti- Apreldə ən çox duru yağ 12,6 faiz ucuzlaşıb, meyvə isə 37,9 faiz bahalaşıb
Milli Statistika Xidməti- Apreldə ən çox duru yağ 12,6 faiz ucuzlaşıb, meyvə isə 37,9 faiz bahalaşıb

 
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, illik inflyasiyanın formalaşmasına ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiymətlərinin ucuzlaşması təsir edib.

Milli Statistika Xidmətinin verdiyi məlumat üzrə, qrupda qiymətlər 1,4 faiz azalıb, bu da illik inflyasiyaya -0,53 faiz bəndi əks olunub. Duru yağ və yağın qiymətləri -12,6 faiz ucuzlaşıb. Tərəvəz və bostan bitkiləri -7,9 faiz, çörək və çörək məhsulları isə -7,6 faiz ucuzlaşıb. Süd, pendir və yumurtanın qiyməti -4,5 faiz ucuzlaşıb. Qənd, mürəbbə və digər şirniyyatların qiyməti -1,5 faiz ucuzlaşıb.

Bununla yanaşı, meyvə və üzümün qiymətləri 37,9 faiz artıb. Mineral və bulaq suyu, alkoqolsuz içkilər və təbii şirələr 4,3 faiz, qəhvə, çay və kakao -3,9 faiz, ət və ət məhsulları -2,6 faiz bahalaşıb.

Qida və digər məhsulların qiymətləri 2,4 faiz, balığın qiymətləri isə 0,8 faiz bahalaşıb.