Milli Statistika Xidməti - apreldə ən çox, 40 faizlə günəbaxan yağı bahalandı
Milli Statistika Xidməti tərəfindən bu gün dərc olunan hesabata əsasən, apreldə illik inflyasiya 7.2 faizi təşkil etdi.
Milli Statistika Xidmətinin hesabatından aydın olur ki, apreldə illik kəsikdə qida məhsullarından ən çox – 40.2 faizlə günəbaxan yağı və yağın qiyməti artdı. 12 faizləşirniyyat bahalandı. Qəhvə, çay və kakoinun qiyməti 10.1 faizlə artdı. Çörək və çörək məhsullarının illik kəsikdə qiyməti 6.4 faizlə bahalandı.
Bununla yanaşı 22.2 fazilə qiymətlər tərəvəz üzrə azalıb. Həmçinin 18.2 faizlə meyvə və üzüm ucuzlaşıb.
Xatırladaq ki, aprelə bənzər olaraq, martda da illik inflyasiya 7.2 faiz idi.