Milli Statistika Xidməti- 2024-cü ilin aprel ayında 2110 nəfərə qarşı cinayət təqibi başladılıb
Milli Statistika Xidməti- 2024-cü ilin aprel ayında 2110 nəfərə qarşı cinayət təqibi başladılıb

 
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2024-cü ilin aprel ayında 2110 nəfərə qarşı cinayət təqibi başladılıb. Onlardan 137 nəfər sınaq müddəti başa çatmamış cinayət törədib ki, bu da cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin 6,5 faizini təşkil edir.

Milli Statistika Xidmətinin yaydığı məlumata əsasən, cari ilin aprel ayında cinayət təqibinin başladılmasının ən yüksək göstəricisi- 754 hal Tbilisidə, 290 hal Acarada, 9 halı isə işğal altındakı Abxaziyanın bölgələrində qeydə alınıb.

2024-cü ilin aprel ayında cinayət təqibinin başladılmasının göstəricisi Gürcüstan Cinayət Məcəlləsinin konkret maddələrinə əsasən aşağıdakı kimi bölünüb: oğurluq – 316 hal; təhdid – 285 hal; məişət zorakılığı – 205 hal; zorakılıq – 180 hal; təcavüz– səkkiz hal; uyğunsuz hərəkət – dörd hal; dələduzluq – 243 hal; narkotik vasitələri, onun analoqunu və ya prekursorunu qanunsuz olaraq hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya işə keçirmə– 288 hal; tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, becərilməsi və ya kultivasiyası– altı hal; saxta sənədlərin hazırlanması – 11 hal.

Bununla yanaşı, Milli Statistika Xidmətinin yaydığı məlumata əsasən, cari ilin aprel ayında ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə maddəsi ilə 10, adam öldürməyə cəhd maddəsi ilə dörd hal aşkarlanıb.