Milli Statistika Xidməti- 2023-cü ilin aprel ayında 1812 nəfərə qarşı cinayət təqibi başladılıb
Milli Statistika Xidməti- 2023-cü ilin aprel ayında 1812 nəfərə qarşı cinayət təqibi başladılıb

 

Milli Statistika Xidmətinin göstəricilərinə əsasən 2023-cü ilin aprel ayında 1812 nəfərə qarşı cinayət təqibi başladılıb. Onlardan 138 nəfər tərəfindən sınaq müddəti başa çatmamış cinayət törədilib, bu da cinayət təqibi başladılanların 7,6 faizini təşkil edir.

Milli Statistika Xidmətinin göstəricilərinə əsasən bu ilin aprel ayında cinayət təqibinin ən yüksək göstəricisi- 646 hal Tbilisidə qeydə alınır. Bununla yanaşı, Samtsxe-Cavaxetidə 54, işğal olunmuş Abxaziya bölgəsində isə 5 hal qeydə alınıb.

2023-cü ilin aprel ayında GCM-nin konkret maddələri üzrə cinayət təqibinin başlanması nisbəti aşağıdakı kimi bölünüb: oğurluq – 283 hal; qanunsuz olaraq narkotik vasitələri, onun analoqunu və ya prekursorunu hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya işə keçirmə- 275 hal; təhdidlər – 244 hal; məişət zorakılığı – 218 hal; zorakılıq – 134 hal; saxta sənədlərin hazırlanması – 119 hal; dələduzluq – 114 hal; qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğular əldə etmə, saxlama, gəzdirmə, hazırlama, daşıma, göndərmə və ya işə keçirmə – 60 hal; təcavüz- 6 hal.