Milli Statistika Xidməti- 2023-cü ildə əvvəlki illə müqayisədə Gürcüstanda doğum səviyyəsi beş faiz azalıb
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2023-cü ildə Gürcüstanda 21 010 oğlan və 19 204 qız daxil olmaqla diri doğulanların sayı 40 214 uşaq təşkil edib. Sözügedən göstərici əvvəlki illə müqayisədə beş faizlə azalıb.
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2023-cü ildə ən çox Tbilisidə – 13 697 uşaq doğulub, ən az isə 226 uşaq Raça-Leçxumi və Kvemo Svaneti bölgəsində doğulub.
Qurumun hesabatına əsasən, 2023-cü ildə diri doğulanların ümumi sayında 2022-ci illə müqayisədə ailədə birinci doğulanların payı 39,1 faizdən 37,7 faizədək azalıb, ailədə ikinci doğulan uşağın payı demək olar ki, dəyişməz qalıb və 33,6 təşkil edib, ailədə üçüncü və daha sonrakı uşağın doğulması payı isə 26,6 faizdən 27,5 faizə yüksəlib.
2023-cü ildə diri doğulanların ümumi sayında əvvəlki illə müqayisədə yaşı 25-ə qədər olan analardan doğulan uşaqların payı 26,5 faizdən 24,6 faizə, 25-39 yaş qrupundan olan anaların payı 69,6 faizdən 69,4 faizə azalıb. 40 və daha yuxarı yaşda olan analar arasında artım müşahidə olunub, onların payı 4,0 faizdən altı faizə yüksəlib. 2023-cü ildə ilk övladını dünyaya gətirən ananın orta yaşı 26,7 olaraq müəyyən edilib.