Milli Statistika Xidməti - 2023-cü ildə birbaşa xarici investisiyalar təxminən iki milyard dollar təşkil edib
Milli Statistika Xidmətinin dəqiqləşdirilmiş göstəricilərinə əsasən, 2023-cü ildə Gürcüstana qoyulmuş birbaşa xarici investisiyaların həcmi 1902,2 mln. ABŞ dolları təşkil edib, bu da 2022-ci ilin müvafiq göstəricisindən 15,6 faiz azdır, 2023-cü ilin ilkin göstəricilərindən isə 19,3 faizlə çoxdur.
Milli Statistika Xidmətinin məlumatına əsasən, birbaşa xarici investisiyalar komponentlər üzrə belə bölünür – ümumi həcmdən 1,21 milyard dollarını səhm kapitalı, 83,7 milyon dolları isə təkrar investisiyalar təşkil edib. Səhm kapitalının həcmi əvvəlki ilin dəqiqləşdirilmiş göstəricisindən 50,7%-lə çoxdur.
İnvestor ölkələrə gəlincə, ilk on investor ölkələrin siyahısı belədir:
Niderland– 386,3 milyon ABŞ dolları; Birləşmiş Krallıq – 364,3 milyon ABŞ dolları; ABŞ – 182,2 milyon ABŞ dolları; Türkiyə – 109,5 milyon ABŞ dolları; Rusiya – 103,3 milyon ABŞ dolları; Çin – 98,4 milyon ABŞ dolları; Malta – 97,4 milyon ABŞ dolları; Azərbaycan – 90,3 milyon ABŞ dolları; Yaponiya – 69,4 milyon ABŞ dolları; İsveçrə – 41,9 milyon ABŞ dolları.
İqtisadiyyatın sahələrinin bölgüsünə əsasən ən çox həcmdə investisiya maliyyə və sığorta sektoruna qoyulub. İkinci yerdə ticarət sektorudur, üçüncü yerdə isə emal sənayesidir.