Milli Statistika Xidməti- 2022-ci illə müqayisədə 2023-cü ildə dünyasını dəyişənlərin sayı 13 faizlə azalıb
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2023-cü ildə 2022-ci illə müqayisədə dünyasını dəyişənlərin sayı 13,0 faizlə azalaraq 42 756 nəfər təşkil edib. Ən çox ölüm halı Tbilisidə – 12 229 nəfər, ən az isə – 580 nəfər Raça-Leçxumi və Kvemo Svaneti bölgəsində qeydə alınıb.
Milli Statistika Xidmətinin 2023-cü ilin göstəricilərinə əsasən, körpə uşaqlar arasında ölüm əmsalı 8,2 promil (hər hansı kəmiyyətin mində bir hissəsi) təşkil edib. 2023-cü ildə beş yaşadək uşaqlar arasında ölüm əmsalı 9,5 promil (hər hansı kəmiyyətin mində bir hissəsi) təşkil edib.
Qurumun hesabatına əsasən, 2023-cü ildə Gürcüstanda mənfi təbii artım (diri doğulanların və ölənlərin sayı arasındakı fərq) qeydə alınıb və -2542 olaraq müəyyən edilib. Bununla yanaşı, Tbilisi, Acara Muxtar Respublikası və Kvemo Kartli bölgəsi istisna olmaqla, bütün bölgələrdə mənfi təbii artım qeydə alınıb.
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2023-cü ildə 22 275 nikah qeydə alınıb, bu da əvvəlki ilin müvafiq göstəricisindən 14,5 faizlə azdır. İlk nikahın orta yaşı qadınlar üçün 29,7, kişilər üçün 32,1 yaşdır.
2023-cü ildə qeydə alınmış boşanmaların sayı 13 664 təşkil edib, bu da əvvəlki ilin müvafiq göstəricisindən 3,1 faizlə azdır.