Milli Statistika Xidməti- 2022-ci ildə Gürcüstanda mütləq yoxsulluq göstəricisi 1,9 faiz azalıb
Milli Statistika Xidməti- 2022-ci ildə Gürcüstanda mütləq yoxsulluq göstəricisi 1,9 faiz azalıb

 

Milli Statistika Xidmətinin yaydığı məlumata əsasən 2022-ci ildə Gürcüstanda mütləq yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin payı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz bəndi azalaraq 15,6 faiz təşkil edib.

Milli Statistika Xidmətinin yaydığı məlumatda 2022-ci ildə şəhər tipli qəsəbələrdə mütləq yoxsulluq səviyyəsinin 2,7 faiz bəndi azalaraq 12,3 faiz, kənd tipli qəsəbələrdə isə 0,7 faiz bəndi azalaraq 20,6 faiz təşkil etdiyi deyilir.

Bununla yanaşı, qurumdan verilmiş məlumatda ötən il əhalinin bütün yaş qruplarında mütləq yoxsulluq səviyyəsinin əvvəlki illə müqayisədə azaldığı deyilir. Belə ki, 18 yaşadək yaş qrupunda göstərici 20,4 faiz, 18-64 yaş qrupunda 15,3 faiz, 65 və yuxarı yaş qrupunda isə 10,5 faiz təşkil edib.

Milli Statistika Xidmətinin göstəricilərinə istinadən qadınlar üçün mütləq yoxsulluq səviyyəsi 1,8 faiz bəndi azalaraq 15,3 faiz, kişilər halında isə bu göstərici 2,1 faiz bəndi azalaraq 15,8 faiz təşkil edir.