Milli Statistika Xidməti - 2021-ci ilin üçüncü kvartalında Gürcüstanda həyata keçirilən birbaşa xarici sərmayələrin həcmi az qalsın 300 milyon dolları təşkil etdi
Milli Statistika Xidmətinin ilkin göstəricilərilə, 2021-ci ilin üçüncü kvartalında Gürcüstanda həyata keçirilən birbaşa xarici sərmayələrin həcmi 299.0 milyon dolları təşkil etdi, bu da 2020-ci ilin üçüncü kvartalının dəqiqləşdirilmiş göstəricilərindən 1.4 faiz artıqdır. Milli Statistika Xidmətinin məlumatına görə, artım əsasən reinvestisiya göstəricisinin artımı ilə şərtlənir.
Bununla yanaşı, idarənin məlumatına görə, cari ilin üçüncü kvartalında Gürcüstana yatırılan birbaşa xarici sərmayəyə görə, ölkələr arasında ən böyük investor Böyük Britaniyadır – 60,9 mln. ABŞ dolları ilə, bu da ümumi birbaşa xarici investisiyaların 20,4 faizini təşkil edir. Niderland ikinci yerdədir – 59,8 mln. ABŞ dolları (20,0 faiz), üçüncü yerdə isə, Çexiyadır 36,0 mln. ABŞ dolları ilə (12,0 faiz).
Milli Statistika Xidmətinin məlumatına görə, 2021-ci ilin üçüncü kvartalında birbaşa xarici sərmayəyə maliyyə sektoruna yatırıldı və 87.1 mln. ABŞ dallarını təşkil etdi, bu da ümumi birbaşa xarici investisiyaların 29,1 faizini təşkil edir. İkinci yerdə ehergetika sektorudur – 9,3 mln ABŞ dolları ilə (23,2 faiz), üçüncü yerdə isə, sənayə sektorudur 54,8 mln. ABŞ dolları ilə (18,3 faiz).