Milli Statistika Xidmətinin yaydığı məlumata əsasən cari ilin yanvar-fevral aylarında yerli ixrac 20,3 faizlə artıb
Milli Statistika Xidmətinin yaydığı məlumata əsasən cari ilin yanvar-fevral aylarında yerli ixrac 20,3 faizlə artıb

 
Milli Statistika Xidmətinin yaydığı məlumata əsasən 2023-cü ilin yanvar-fevral aylarında Gürcüstandan ixrac olunan malların həcmi (bəyan olunmamış ixrac olmadan) 914,8 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3 faizlə çoxdur.

İdarədən verilən məlumatda yerli ixracın ümumi ixracın 54,3 faizini təşkil etdiyi deyilir. Qeyd olunan göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faizlə azalıb və 497,2 mln. ABŞ dollarına bərabər olub.

“2023-cü ilin yanvar-fevral aylarında Gürcüstanın ümumi daxili ixracında on ən böyük ölkənin payı 82,2 faiz təşkil edib. Bu baxımdan-Rusiya (107,0 milyon ABŞ dolları), Çin (106,1 milyon ABŞ dolları) və Türkiyə (57,1 milyon ABŞ dolları) ən böyük ixrac tərəfdaşlarıdırlar. 2023-cü ilin yanvar-fevral aylarında yerli ixracın onluğunda birinci yerdə 143,3 milyon ABŞ dolları ilə mis filizləri və konsentratları qərarlaşır. Sözügüdən əmtəə qrupunun payı ümumi yerli ixracın 28,8 faizini təşkil edir. İkinci yerdə 71,7 milyon ABŞ dolları ilə ferroərintilərdir (ümumi yerli ixracın 14,4 faizi). Üçüncü yeri isə 34,4 mln. ABŞ dolları ilə təbii üzüm şərabları tutur (ümumi yerli ixracın 6,9 faizi)”-deyə məlumatda qeyd olunur.