Milli Statistika Xidmətinin məlumatında bu ilin yanvarında yerli ixracın 38,5 faizlə artdığı deyilir
Milli Statistika Xidmətinin ilkin göstəricilərinə əsasən 2023-cü ilin yanvar ayında Gürcüstandan ixrac edilən malların həcmi (bəyan olunmamış ixrac olmadan) 459,0 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,5 faizlə çoxdur.
Milli Statistika Xidmətinin məlumatında yerli ixracın, təkrar ixrac olmadan ümumi ixracın 56,4 faizini təşkil etdiyi deyilir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11,8 faizlə artaraq 258,8 mln. ABŞ dollarına bərabər olub. Agentliyin ilkin göstəricilərinə əsasən 2023-cü ilin yanvarında Gürcüstanın ümumi yerli ixracında on ən böyük ölkənin payı 86,2 faiz təşkil edib. Bu baxımdan ən böyük ixrac tərəfdaşları – 76,7 mln. ABŞ dolları ilə Rusiya, 28,5 mln. ABŞ dolları ilə Çin və 27,5 mln. ABŞ dolları ilə Türkiyədir.
Bundan əlavə, hesabat dövründə 68,1 mln. ABŞ dolları ilə mis filizləri və konsentratları yerli ixrac onluğunda birinci yerdə qərarlaşır, bu qrupun payı ümumi yerli ixracın 26,3 faizini təşkil edir. İkinci yerdə 50,8 mln. ABŞ dolları ilə ferroərintilər qərarlaşır, üçüncü yeri isə 20,8 mln. ABŞ dolları ilə azot gübrələri tutur.