Milli Statistika Xidmətinin məlumatında 2022-ci ilin üçüncü rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımının 9,8 faiz təşkil etdiyi deyilir
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən 2022-ci ilin III rübündə ümumi daxili məhsulun həcmi cari qiymətlərlə 19 284,3 mln. lariyə bərabər olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 9,8 faiz təşkil edib.
Milli Statistika Xidmətinin məlumatında 2022-ci ilin III rübündə ümumi daxili məhsul deflyatorunun faiz dəyişməsinin 9,4 faiz müəyyən edildiyi deyilir.
“2022-ci ilin üçüncü rübündə aşağıdakı sektorlar artıma mühüm töhfə verib: informasiya və rabitə (74,9 faiz), nəqliyyat və anbar təsərrüfatı (29,0 faiz), topdan və pərakəndə ticarət; Avtomobillərin və motosikletlərin təmiri (8,8 faiz), elektrik enerjisi, qaz, buxar və kondisionerləşdirilmiş hava təchizatı (34,7 faiz), tikinti (9,1 faiz), emal sənayesi (5,5 faiz).
Aşağıdakı sektorlarda azalma qeydə alınıb: səhiyyə və sosial xidmət fəaliyyətləri (-14,3 faiz), daşınmaz əmlakla bağlı fəaliyyətlər (-6,3 faiz), peşə, elmi və texniki fəaliyyətlər (-5,7 faiz). Ümumi daxili məhsulun sahə strukturunda ticarət (14,8 faiz) və emal sənayesi (11,4 faiz) ən böyük payla seçilir.
Sonrakı mövqeləri daşınmaz əmlakla bağlı fəaliyyətlər (9,6 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (8,0 faiz), tikinti (7,7 faiz), nəqliyyat və anbar təsərrüfatı (6,8 faiz), dövlət idarəçiliyi (5,9 faiz), informasiya və rabitə (5,2 faiz ) tutur ” – deyə Milli Statistika Xidmətində açıqlayırlar.