Milli Statistika Xidməti- mart ayının göstəricilərinə əsasən tərəvəz və bostan bitkilərinin qiyməti 28,8 faizlə, çörək və çörək məhsullarının qiyməti isə 16,8 faizlə artıb
Milli Statistika Xidməti- mart ayının göstəricilərinə əsasən tərəvəz və bostan bitkilərinin qiyməti 28,8 faizlə, çörək və çörək məhsullarının qiyməti isə 16,8 faizlə artıb

 
Milli Statistika Xidməti tərəfindən bu gün dərc olunmuş hesabata əsasən mart ayında illik inflyasiya 5,3 faiz təşkil edib. Milli Statistika Xidmətinin hesabatından da göründüyü kimi, illik inflyasiyanın yaranmasına əsas təsiri ərzaq və alkoqolsuz içkilərin qiymətlərinin dəyişməsi edib. Qrup üzrə qiymətlər 11,8 faizlə artıb ki, bu da illik inflyasiyada 3,91 faiz bəndi ilə əks olunub.

Ən çox 28,8 faizlə tərəvəz və bostan bitkiləri bahalaşıb. Çörək və çörək məhsullarının qiymətləri 16,8 faizlə bahalaşıb. Süd, pendir və yumurta 13,6 faizlə bahalaşıb. Balıq – 10,9 faizlə. Ət və ət məhsulları isə 10,4 faizlə artıb. Mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələrin qiyməti 10,1 faizlə bahalaşıb. Qəhvə, çay və kakao- 8,7 faizlə bahalaşıb. Qənd, mürəbbə və digər şirniyyatların qiymətləri 2,7 faizlə bahalaşıb.

Bununla yanaşı, meyvə və üzümün qiymətləri -2,4 faizlə ucuzlaşıb.

“Mənzil, su, işıq, qaz: qrupda qiymətlərdə 11,1 faizlik artım qeydə alınıb ki, bu da illik inflyasiyada 1,15 faiz bəndi ilə əks olunub. Alt qruplar üzrə qiymətlər artıb: mənzil üzrə faktiki vergi (35,1 faiz) və mənzilin cari istismarı və təmiri (5,8 faiz);

Nəqliyyat: qrupda qiymətlər 8,0 faizlə azalaraq ümumi indeksə -1,0 faiz bəndi ilə əks olunub. Fərdi nəqliyyat vasitələrinin istismarı üzrə (-15,0 faiz) və nəqliyyat vasitələrinin alışında (-3,2 faiz) qiymətlər ucuzlaşıb. Bununla yanaşı, nəqliyyat xidmətləri üzrə qiymətlər artıb (13,9 faiz);

Sağlamlığın müdafiəsi qrupunda qiymətlər 9,1 faizlə azalıb ki, bu da illik indeksdə -0,92 faiz bəndi ilə əks olunub. Tibbi məhsullar, avadanlıq və cihazlar alt qrupunda qiymətlərdə ucuzlaşma (-20,5 faiz) qeydə alınıb. Bununla yanaşı, ambulator tibbi xidmətlərin (11,2 faiz) və xəstəxana xidmətlərinin (7,5 faiz) qiymətləri artıb”- deyə Milli Statistika Xidməti tərəfindən dərc olunmuş məlumatda qeyd olunub.