Milli Statistika Xidməti- mart ayında Gürcüstanda illik inflyasiya 5,3 faiz təşkil edib
Milli Statistika Xidməti tərəfindən yayılmış məlumata əsasən 2023-cü ilin mart ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -(-0,2 faiz), illik inflyasiyanın səviyyəsi isə 5,3 faiz təşkil edib.
Baza inflyasiyaya gəlincə, Milli Statistika Xidməti tərəfindən verilmiş məlumata əsasən 2023-cü ilin mart ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 5,0 faiz, eləcə də tütünsüz illik baza inflyasiyası da 5,0 faiz səviyyəsində müəyyən edilib.
“Aylıq inflyasiya göstəricisinin formalaşmasına əsasən aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri təsir edib:
Nəqliyyat qrupunda qiymətlər 2,3 faizlə azalıb ki, bu da ümumi indeksdə -0,27 faiz bəndi ilə əks olunub. Şəxsi nəqliyyat vasitələrinin istismarı üzrə qiymətlərdə azalma (-3,5 faiz) qeydə alınıb;
Mebel, məişət əşyaları, evə qulluq: qrupda qiymətlərdə 1,3 faizlik ucuzlaşma qeydə alınıb ki, bu da aylıq indeksdə -0,07 faiz bəndi ilə əks olunub. Aşağıdakı alt qruplar üzrə qiymətlər ucuzlaşıb: istilik və yemək bişirmə avadanlığı, soyuducu, dondurucu, paltaryuyan maşın və digər məişət əşyaları (-1,8 faiz), mebel, məişət əşyaları, xalça və digər döşəmə örtükləri (-1,5 faiz), gündəlik məişət malları və xidməti (- 1,5 faiz).
Alkohollu içkilər, tütün: qrupda qiymətlərdə 1,1 faizlik artım qeydə alınıb ki, bu da ayın indeksində 0,08 faiz bəndi ilə əks olunub. Tütün məmulatlarının qiymətləri artıb (2,0 faiz);
Geyim və ayaqqabı: qrupda qiymətlərdə 1,6 faizlik artım qeydə alınıb ki, bu da ümumi indeksdə 0,06 faiz bəndi ilə əks olunub. Həm ayaqqabı (3,6 faiz), həm də geyim (1,1 faiz) qrupları üzrə qiymətlər artıb.
Aşağıdakı cədvəldə istehlak səbətinə daxil olan mal və xidmət qruplarının qiymətlərindəki faiz dəyişikliyi və 2023-cü ilin mart ayının ümumi illik inflyasiya indeksinə müvafiq töhfəsi təqdim olunub” – deyə Milli Statistika Xidmətinin məlumatında qeyd olunur.