Milli Statistika Xidməti- aprel ayında yaşayış minimumu azalıb və əmək qabiliyyətli yaşda olan kişi üçün 251,8 lari təşkil edib
Milli Statistika Xidmətinin göstəricilərində 2023-cü ilin aprelində mart ayı ilə müqayisədə Gürcüstanda yaşayış minimumunun həcminin azaldığı deyilir.
Milli Statistika Xidmətinin verdiyi məlumata əsasən bu ilin mart ayında əmək qabiliyyətli yaşda olan kişilər üçün yaşayış minimumu 256,0 lari, aprel ayında isə bu göstərici 4 lari və 20 qəpik azalaraq ümumilikdə 251,8 lari təşkil edib.
Bununla yanaşı, Milli Statistika Xidmətinin məlumatına əsasən, 2023-cü ilin mart ayı ilə müqayisədə aprel ayında orta istehlakçının yaşayış minimumu 3,6 lari azalaraq 223,1 lari təşkil edib.
İdarədən açıqlandığı üzrə 2021-ci ildən yeni statistik iş proqramına uyğun olaraq, Statistika İdarəsi artıq qeyd olunan göstəricini həyata keçirməyəcək. Milli Statistika Xidmətindən qeyd edildiyi kimi, bu göstərici heç bir planlaşdırma və qərar qəbul etmə prosesində istifadə edilmir.
Milli Statistika Xidməti yaşayış minimumunu minimum istehlak səbəti əsasında müəyyən edir. Minimum istehlak səbəti əmək qabiliyyətli yaşda olan kişinin normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qida miqdarını əhatə edir. Minimum istehlak səbəti 40 məhsuldan ibarətdir. Bunlara: çörək, taxıl, ət, süd məhsulları, tərəvəz və qənnadı məmulatları daxildir.