Milli Statistika Xidməti- 2023-cü ildə Gürcüstanda mütləq yoxsulluq göstəricisi 3,8 faizlə 11,8 faizə qədər azalıb
Milli Statistika Xidməti- 2023-cü ildə Gürcüstanda mütləq yoxsulluq göstəricisi 3,8 faizlə 11,8 faizə qədər azalıb

 
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2023-cü ildə Gürcüstanda mütləq yoxsulluq həddindən aşağı yaşayan əhalinin xüsusi çəkisi əvvəlki illə müqayisədə 3,8 faiz bəndi azalıb və 11,8 faiz təşkil edib.

Milli Statistika Xidmətinin məlumatına əsasən, mütləq yoxsulluq göstəricisi 2023-cü ildə şəhər tipli yaşayış məntəqələrində 2,9 faiz bəndi azalıb və 9,4 faiz təşkil edib, kənd tipli yaşayış məntəqələrində isə 5,0 faiz bəndi azalıb və 15,6 faizə bərabər olub.

Bununla yanaşı, idarənin hesabatına əsasən, yoxsulluğun mütləq göstəricisi əvvəlki illə müqayisədə 2023-cü ildə əhalinin bütün yaş qruplarında azalıb.
Konkret olaraq, 18 yaşadək yaş qrupunda bu göstərici 16,0 faiz (-4,3 faiz bəndi), 18-64 yaş qrupunda- 11,5 faiz (-3,8 faiz bəndi), 65 və yuxarı yaş qrupunda isə -8,0 faiz (-2,5 faiz bəndi) təşkil edib.

Qadınlar qrupunda mütləq yoxsulluq göstəricisi 3,9 faiz bəndi azalıb və 11,5 faiz təşkil edir, kişilər qrupunda isə 3,7 faiz bəndi azalıb və 12,2 faiz təşkil edir.

Milli Statistika Xidmətinin məlumatına əsasən, əvvəlki illə müqayisədə 2023-cü ildə Cini əmsalının ümumi gəlirlər və ümumi vəsaitlərə əsasən dəyəri dəyişməyib və müvafiq olaraq 0,36 və 0,37 təşkil edib, ümumi istehlak xərclərinə əsasən 0,02-lə artıb və 0,37 təşkil edib, ümumi xərclərə əsasən isə 0,01-lə artıb və 0,40 təşkil edib.