Milli Statistika Xidməti- 2022-ci ilin dekabrında Gürcüstan iqtisadiyyatı 11,0 faiz artıb, ötən ilin orta real artım göstəricisi isə 10,1 faiz təşkil edib
Milli Statistika Xidməti- 2022-ci ilin dekabrında Gürcüstan iqtisadiyyatı 11,0 faiz artıb, ötən ilin orta real artım göstəricisi isə 10,1 faiz təşkil edib

 

Milli Statistika Xidmətinin ilkin qiymətləndirmələrinə əsasən 2022-ci ilin dekabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ÜDM-in artımı 11,0 faiz təşkil edib, 2022-ci ilin orta real artımı isə 10,1 faiz müəyyən edilib.

Milli Statistika Xidmətinin məlumatında 2022-ci ilin dekabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti, emal sənayesi, nəqliyyat və anbar təsərrüfatı, maliyyə və sığorta fəaliyyəti, ticarət, mehmanxana və restoranlar kimi sektorların artıma mühüm töhfə verdiyi deyilir.

Daşınmaz əmlakla bağlı fəaliyyət, peşə, elmi və texniki fəaliyyət və elektrik enerjisi, qaz, buxar və kondisionerləşdirilmiş hava təchizatı sektorlarında isə azalma tendensiyası müşahidə olunub.