Milli Statistika Xidməti- 2022-ci ildə illik inflyasiya 12,8 faiz təşkil edib
Milli Statistika Xidməti- 2022-ci ildə illik inflyasiya 12,8 faiz təşkil edib

 

Milli Statistika Xidmətinin məlumatına əsasən, 2022-ci ilin iyun ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiya səviyyəsi 0,2 faiz, illik inflyasiya səviyyəsi isə 12,8 faiz təşkil edib.

Baza inflyasiyasına gəlincə, sözü gedən göstərici 2022-ci ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz təşkil edib, tütünsüz illik orta inflyasiya göstəricisi isə 6,6 faiz müəyyən edilib.

Aylıq inflyasiya göstəricisinin formalaşmasına əsasən aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri təsir göstərib: mehmanxanalar, kafe və restoranlar: qrup üzrə 2,3 faiz qiymət artımı qeydə alınıb və bu, aylıq inflyasiyada 0,1 faiz bəndi ilə əksini tapmışdır. Qiymətlər gecələmə xidmətləri (5,5 faiz) və ictimai iaşə (2,0 faiz) alt qrupları üzrə artıb; Qida və alkoqolsuz içkilər: qrup üzrə qiymətlər 0,1 faiz artıb və aylıq inflyasiyada 0,08 faiz bəndi ilə əks olunub. Aşağıdakı alt qruplar üzrə qiymətlər artıb: meyvə və üzüm (2,2 faiz), qəhvə, çay və kakao (1,2 faiz), çörək və un məhsulları (1,0 faiz), yağ (0,9 faiz). Bununla yanaşı, tərəvəzin qiymətləri azalıb (-4,2 faiz); Spirtli içkilər, tütün: qrup üzrə qiymətlər 0,7 faiz artıb ki, bu da ümumi indeksin artımında 0,05 faiz bəndi ilə əks olunub. Alkoqollu içkilərin alt qrupları üzrə qiymətlər artıb (1,4 faiz); Sağlamlığın müdafiəsi: qrupda qiymətlər 0,4 faiz azalaraq ümumi indeksə -0,04 faiz bəndi ilə əks olunub. Tibbi məhsullar, avadanlıq və cihazlar alt qrupunda qiymətlərdə ucuzlaşma (-0,8 faiz) qeydə alınıb. Aşağıdakı cədvəldə istehlak səbətinə daxil olan mal və xidmət qruplarının qiymətlərindəki faiz dəyişikliyi və 2022-ci ilin iyun ayının ümumi illik inflyasiya indeksinə müvafiq töhfəsi təqdim olunur.