Milli Statistika - İşləyənlərin 64 faizini kiçik və orta biznes işlə təmin edir
Milli Statistika - İşləyənlərin 64 faizini kiçik və orta biznes işlə təmin edir

Milli Statistika Xidməti müəssisələrin fəaliyyətinin nəticələrini təqdim etdi.

2019-cu ilin III kvartalında işlə təmin edilənlərin orta sayı 696.0 min nəfər ilə müəyyənləşdirilib və bu da, keçən ilin müvafiq periodunun göstəricisindən 4.6 faizlə artıqdır.

İşlə təmin edilənlərin 40.9 faizi qadındır, 59.1 faizi isə – kişi.

İşlə təmin edilənlərin 36.3 faizi iri biznesə gəlir, 22.2 faizi -orta, qalan 41.5 faiz isə, kiçik biznesə gəlir.

İşlə təmin edilənlərin tam sayı 652.2 min təşkil etdi (keçən ilin müvafiq dövrünün göstəricilərindən 3.9 faizlə artıq).

2019-cu ilin III kvartalında orta aylıq maaş biznes sektorda 1 316.2 lari təşkil edir və keçən ilin analoji dövrü ilə müqayisədə 129.5 lari ilə bahalanıb.

Qadınların maaşı 979.8 lari təşkil edir və 87.2 lari ilə keçən ilkindən fərqlənir.

Müəssisənin böyüklüyündən asılı olaraq, orta aylıq maaş belədir: İri biznes – 1 281.1 lari, Orta biznes – 1 463.6 lari, kişik biznes – 1 260.2 lari.