Milli Statistika İdarəsi- yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 37,9 faiz artıb
Milli Statistika İdarəsi- yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 37,9 faiz artıb

 

Milli Statistika İdarəsinin ilkin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-mart aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi (deklarasiya olunmamış ticarət istisna olmaqla) 3 865,0 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,9 faiz çoxdur.

Milli Statistika İdarəsinin məlumatına görə, bu göstəricidən ixrac 1 171,8 mln. ABŞ dolları təşkil edir və ya 43,3 faiz artıb, idxal isə 2 693,2 mln. ABŞ dolları təşkil edib ki, bu da 35,7 faiz çoxdur. 2022-ci ilin yanvar-mart aylarında Gürcüstanın mənfi ticarət balansı 1 521,4 mln. ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 39,4 faizini təşkil edir.

Bununla yanaşı, Milli Statistika İdarəsinin məlumatına görə, cari ilin yanvar-mart aylarında on ən böyük ticarət tərəfdaşının Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində payı 68,4 faiz təşkil edib. Ölkənin ən böyük ticarət tərəfdaşları 562,4 mln. ABŞ dolları ilə Türkiyə, 461,9 mln. ABŞ dolları ilə Çin və 383,3 mln. ABŞ dolları ilə Rusiyadır.