Milli Statistika İdarəsi- yanvar ayında Gürcüstanda xarici ticarət dövriyyəsi 29,1 faizlə artıb
Milli Statistika İdarəsi- yanvar ayında Gürcüstanda xarici ticarət dövriyyəsi 29,1 faizlə artıb

 

Milli Statistika İdarəsinin ilkin göstəricilərinə əsasən 2023-cü ilin yanvar ayında Gürcüstanda xarici ticarət dövriyyəsi (bəyan olunmamış ticarət olmadan) 1461,8 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 29,1 faizlə çoxdur.

Milli Statistika İdarəsinin məlumatında bildirilir ki, ixrac 459,0 mln. ABŞ dolları olub, yəni 38,5 faizlə artıb; idxal – 1 002,9 mln. ABŞ dolları, yəni 25,2 faizlə artıb.

2023-cü ilin yanvar ayında mənfi ticarət saldosu 543,9 mln. ABŞ dolları təşkil edib, bu da xarici ticarət dövriyyəsinin 37,2 faizidir.