Milli Statistika İdarəsi- Gürcüstanda xarici ticarət dövriyyəsi 37,0 faiz artıb
Milli Statistika İdarəsi- Gürcüstanda xarici ticarət dövriyyəsi 37,0 faiz artıb

 

Milli Statistika İdarəsinin məlumatlarına əsasən, xarici ticarət dövriyyəsi artıb. 2022-ci ilin yanvar-may aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi (deklarasiyasız ticarət istisna olmaqla) 6 913,3 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 37,0 faiz çoxdur.

Milli Statistika İdarəsinin məlumatlarına görə, bu göstəricidən ixrac 2 091,9 milyon ABŞ dolları (36,2 faiz çox) , idxal isə 4 821,4 mln. ABŞ dolları (37,3 faiz artıb) olub.

2022-ci ilin yanvar-may aylarında mənfi ticarət saldosu 2 729,5 mln. ABŞ dolları olub və xarici ticarət dövriyyəsinin 39,5 faizini təşkil edib.