Milli Statistika İdarəsi- 2022-ci ilin yanvar-mart aylarında Çin Gürcüstanın ən böyük ixracatçı ölkəsi , Türkiyə isə ən böyük idxalçı ölkəsi olub
Milli Statistika İdarəsi- 2022-ci ilin yanvar-mart aylarında Çin Gürcüstanın ən böyük ixracatçı ölkəsi , Türkiyə isə ən böyük idxalçı ölkəsi olub

 

2022-ci ilin yanvar-mart aylarında on ən böyük ixracatçı ölkənin Gürcüstanın ümumi ixracında payı 77,2 faiz təşkil edib. Gürcüstanın xarici ticarəti ilə bağlı ilkin göstəriciləri Milli Statistika İdarəsi dərc edir.

Milli Statistika İdarəsinin ilkin göstəricilərinə görə, ən böyük ixracatçı ölkə üçlüyündə 220,0 mln. ABŞ dolları ilə Çin birinci yeri tutur, 125,4 mln. ABŞ dolları ilə Azərbaycan və 109,8 mln. ABŞ dolları ilə daha sonra Rusiya qərarlaşır.

İdxala gəlincə, idarənin göstəricilərinə görə, yanvar-mart aylarında on ən böyük idxalçı ölkənin Gürcüstanın ümumi idxalında payı 65.1 faiz təşkil edib. İlk üçlüyə 463,2 milyon. ABŞ dolları ilə Türkiyə, 273,5 mln. ABŞ dolları ilə Rusiya və 241,9 mln. ABŞ dolları ilə Çin daxil olur.

Bununla yanaşı, Milli Statistika İdarəsinin hesabatına görə, 2022-ci ilin yanvar-mart aylarında əmtəə qrupları üzrə ixracın ilk onluğunda birinci yeri 271,1 mln. ABŞ dolları ilə mis filizləri və konsentratları tutur, bu da ümumi ixracatın 23,1 faizini təşkil edir. İkinci yerdə 160,1 mln. ABŞ dolları ilə ferroərintilər , üçüncü yerdə isə 94,9 mln. ABŞ dolları ilə yüngül avtomobillər qərarlaşır.