Milli Şərab Agentliyinin dəstəyi ilə Çində gürcü şərabının geniş təqdimatı keçirilib
Çin Xalq Respublikasının Çenqdu şəhərində “108th China Food & Drinks Fair” sərgisi keçirilib.
Milli Şərab Agentliyinin maliyyə və təşkilati dəstəyi ilə sərgidə Gürcüstanın 21 şərab istehsalçısı şirkəti iştirak edib.
Gürcü şərabının populyarlaşdırılması və ixracının artırılması üçün Gürcüstan üçün strateji bazarlardan biri olan ölkədə gürcü şərabının bu cür irimiqyaslı təqdimatı çox vacibdir; Çin gürcü şərabını ixrac edən ilk beş ölkə sırasındadır.
Üç gün davam edən sərgi çərçivəsində Gürcüstanın şərab şirkətlərinin nümayəndələri tərəfdaşlar və potensial idxalçılarla görüşlər keçiriblər.
Sərgidə Gürcüstanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paata Kalandadze iştirak edib.
Sərgi çərçivəsində xüsusi stenddə Şərab ustası Kesidi Dart (Çin) müxtəlif növ gürcü şərablarını qonaqlara təqdim edib.
“The China Food & Drinks Fair” sərgisi 1955-ci ildən Çində keçirilir və dünyanın müxtəlif ölkələrindən hər il minlərlə şərab istehsalçısının və bir milyona qədər ziyarətçinin iştirak etdiyi ən mühüm sərgilərdən biridir.
Qeyd edək ki, Çin gürcü şərabının tanınmış strateji bazarlarından biridir və burada gürcü şərabının populyarlaşdırılması və ixracının artırılması məqsədilə 2013-cü ildən fəal şəkildə marketinq kampaniyası aparılır. Milli Şərab Agentliyi gürcü şərabının marketinq kampaniyasını həyata keçirmək üçün Çin bazarında “Meiburg Wine Media” marketinq şirkəti ilə əməkdaşlıq edir.
Məlumatı Milli Şərab Agentliyinin mətbuat xidməti yayır.