Milli Şərab Agentliyinin dəstəyi ilə Brüsseldə gürcü şərabının geniş miqyaslı dequstasiyası keçirilib
Belçikanın paytaxtı Brüsseldə gürcü şərabının geniş miqyaslı dequstasiyası -“Georgian Natural Wine Day” (Gürcü Təbii Şərab Günü) keçirilib və müxtəlif növlərdən olan 10 gürcü şərabı təqdim olunub. Dequstasiyada jurnalistlər, bloqerlər, kommersiya sektorunun nümayəndələri də daxil olmaqla 1000-ə yaxın qonaq iştirak edib.
Tədbir Milli Şərab Agentliyinin podratçı şirkəti “FLOW SRL”in təşkilatçılığı ilə keçirilib. Gürcü şərabının oxşar geniş miqyaslı təqdimatı Brüsseldə cari ilin iyun ayının sonunda keçiriləcək, bu da məlumatlılığın artırılmasına və ixrac bazarlarının şaxələndirilməsinə töhfə verəcək.
Gürcü şərabının beynəlxalq bazarlarda məşhurlaşdırılması Milli Şərab Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Agentlik, gürcü şərabının populyarlaşdırılmasının təşviqi çərçivəsində 2013-cü ildən bazarları şaxələndirmək məqsədilə ABŞ, Avropa və Asiya ölkələrində məqsədyönlü reklam və marketinq kampaniyaları həyata keçirir.
Məlumatı Milli Şərab Agentliyi yayır.