Milli Şərab Agentliyi Kaxetidə 20 min tona qədər üzüm emal edildiyini bildirir
Milli Şərab Agentliyi Kaxetidə 20 min tona qədər üzüm emal edildiyini bildirir

 
Milli Şərab Agentliyi tərəfindən verilən məlumatda, “Üzüm yığımı 2022” çərçivəsində Kaxetidə 20 min tona qədər üzümün emal edildiyi deyilir. Sentyabrın 6-na olan göstəricilərə görə, 1000-dən çox fermer şərabçılıq müəssisələrinə üzüm təhvil verib, onların gəliri 16 milyon lariyə çatır.

Agentlikdən verilən məlumatda, Dedoplistsğaro və Siğnaği munisipalitetlərində məhsul yığımının aktiv mərhələdə olduğu bildirilir. Emal olunmuş 20 min tondan 7 min tona qədər Rkatsiteli, 9 min tona qədər Saperavi, 2 min tona qədər Kaxuri mtsvane,  qalanları isə müxtəlif üzüm sortlarıdır.  Üzüm Yığımı üzrə Koordinasiya Qərargahında hazırda 200-dən çox şərab şirkəti və şərab zavodu qeydiyyatdan keçib, onlar üzümün təhvil alınması və emalı prosesinə mərhələli şəkildə cəlb olunacaqlar. Artıq 70-ə yaxın şirkət müxtəlif həcmli üzümləri emal edib.

Gürcüstan hökumətinin qərarına əsasən, “Üzüm yığımı 2022″ni dəstəkləmək üçün subsidiya proqramı həyata keçirilib. Proqramın məqsədi üzüm yığımını tam təmin etmək və üzümçülük-şərabçılıq sənayesinin sabit inkişaf dinamikasını qorumaqdır. Subsidiya proqramının dəstəyi ilə 25 minə qədər fermer öz məhsullarını sata biləcək. Üzüm məhsulunun yığılması boyunca Kaxeti bölgəsində yetişdirilən ən azı 100 ton Rkatsiteli və ya Kaxuri mtsvane satın alan və üzümün hər kiloqramı üçün istehsalçıya ən azı 90 tetri ödəyəcək bütün şirkətlər subsidiya alacaq .