Milli Şərab Agentliyi - dövlət doludan zədələnmiş üzümləri qəbul etməyə və emal etməyə hazırdır
Dövlət sənaye şirkəti, “Məhsul İdarə Şirkəti” MMC üzümçülərdən doludan zədələnmiş üzümləri qəbul etməyə və emal etməyə, kiloqramı üçün 0,90 lari ödəməyə hazırdır”, – Milli Şərab Agentliyinin məlumatında deyilir.
“Güclü dolu və külək Kaxeti rayonunun Ğvareli, Telavi, Axmeta və Gürcaani bələdiyyələrində müxtəlif kənd təsərrüfatı məhsullarına, o cümlədən üzüm bağlarına ziyan vurub.
Məhsul Koordinasiya Qərargahı sutkada 24 saat işləyir və təsirə məruz qalan əkinçilərin məhsullarını fasiləsiz şəkildə yerləşdirməsini təmin etmək üçün bütün resurslar səfərbər edilir.
Dövlət üzümçü-fermerləri təbii fəlakətlərin vurduğu itkilər qarşısında tək qoymayacaq və onlara dəstəyini davam etdirəcək”, – Milli Şərab Agentliyinin bəyanatında deyilir.