Milli Şərab Agentliyi - ABŞ-a şərab idxal edən ölkələr arasında üzvi şərabların payına görə Gürcüstan liderdir
ABŞ-a şərab idxal edən ölkələr arasında üzvi şərabların payına görə Gürcüstan liderdir – deyə Milli Şərab Agentliyi tərəfindən yayılmış məlumatda qeyd olunur.
“Amerika Şərab İqtisadçıları Assosiasiyası (AAWE) tərəfindən yayılmış məlumata əsasən, ABŞ-a Gürcüstandan idxal olunmuş şərabın 11,3%-i orqanik şərab sertifikatına malikdir və bununla da Amerika bazarında əsas idxalçı ölkələr arasında birinci yeri tutur; İkinci yerdə 7,4 faizlə Avstriya, üçüncü yerdə 7,1 faizlə Kanada qərarlaşır.
Birləşmiş Ştatlar Gürcüstan şərabı üçün strateji ixrac bazarıdır, ölkəyə 2021-ci ildə – 1 084 278 şüşə şərab ixrac edilib ki, bu da ixracın tarixi maksimumudur . Cari ildə də ixracın artım templəri qorunub: yanvar-iyul aylarının göstəricilərinə əsasən, 660 min butulkaya qədər şərab ixrac edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 16% aşır.
Qeyd etmək lazımdır ki, Amerika Şərab İqtisadçıları Assosiasiyasının (AAWE) 14-cü illik konfransı 2022-ci ilin 24-28 avqust tarixlərində Gürcüstanda İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti ilə əməkdaşlıq və Milli Şərab Agentliyi və Amerika-Gürcüstan Biznes Şurasının dəstəyi ilə keçiriləcək.
Assosiasiya dünyanın müxtəlif ölkələrindən hakimiyyət və biznes sektorun nümayəndələrini, iqtisadçıları və tədqiqatçıları birləşdirir. Təşkilatın fəaliyyəti marketinq, istehlak, istehsal, makroiqtisadiyyat və hüquqi mövzular da daxil olmaqla, şərab sənayesinin iqtisadi tədqiqatları və təhlili, eləcə də üzümçülük və şərabçılıqla bağlı müxtəlif məsələlər üzrə icmalların hazırlanmasını əhatə edir.
AAWE-in illik konfransının ölkəmizdə keçirilməsi Gürcüstanın şərab istehsal edən və ixrac edən ölkə kimi dünya şərab sənayesində mühüm yer tutduğunu bir daha təsdiq edəcək .
AAWE-nin 13-cü illik konfransı pandemiyadan əvvəl 2019-cu ildə Vyanada keçirilib” – deyə təşkilatın məlumatında qeyd olunur.