Milli Rəqabət Agentliyi-Əczaçılıq bazarında onkoloji dərmanların qiymətləri ilə bağlı aparılan araşdırmalar çərçivəsində cavab verəcək şirkətlərin sayı 5-ə çatıb
Onkoloji dərmanların qiymətləri ilə bağlı əczaçılıq bazarında aparılan araşdırmalar çərçivəsində cavab verəcək şirkətlərin sayı beşədək artıb.
Bu barədə Milli Rəqabət Agentliyi məlumat yayır.
“Gürcüstanın Milli Rəqabət Agentliyinin qərarına əsasən, əczaçılıq bazarında dörd şirkətlə bağlı başladılmış işin araşdırılmasına daha bir şirkət əlavə edilib. Konkret olaraq, onkoloji dərmanlarla bağlı aparılan araşdırmalar çərçivəsində agentlik tərəfindən əlavə olaraq MMC “SK Impex” müəyyən edilmiş və araşdırılan faktiki hallar nəzərə alınaraq cavabdeh qismində cəlb edilmişdi.
Müvafiq olaraq, Gürcüstanın “Rəqabət haqqında” qanununun 6 və 7-ci maddələrinin mümkün pozuntuları ilə əlaqədar agentlik bazar araşdırmasını beş iqtisadi agent – “Gefa”, MMC “Aversi Pharma”, MMC “PSP Pharma”, MMC “Mermis” və MMC “SK Impex”ə dair aparır.
Milli Rəqabət Agentliyi 24 mart 2023-cü il tarixində Gürcüstanın əczaçılıq bazarında tədqiqat prosesinə başlayıb. Söhbət onkoloji dərmanların idxal və satışını həyata keçirən şirkətlər tərəfindən qiymətlərinin kəskin artması və ehtimal olunan, eyni qiymət strukturunun yaradılmasından gedir” – məlumatda deyilir.