Milli Rəqabət Agentliyində İstehlakçıların Hüquqlarının Müdafiəsi Şöbəsi fəaliyyətə başlayıb
Milli Rəqabət Agentliyində İstehlakçıların Hüquqlarının Müdafiəsi Şöbəsi fəaliyyətə başlayıb

 

Gürcüstan parlamenti iyunun 1-dən qüvvəyə minmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunu üçüncü oxunuşda təsdiqləyib.

Gürcüstan Milli Rəqabət Agentliyi tərəfindən verilən məlumatda, İstehlakçıların Hüquqlarının Müdafiəsi Şöbəsinin noyabrın 1-dən vətəndaşların müraciətlərini qəbul etməyə, onları müzakirə etməyə və pozuntulara münasibət bildirməyə başlayacağı deyilir.

İdarə tərəfindən verilən məlumatda, fəaliyyət planı çərçivəsində şikayətin və müzakirəsi qaydasının qəbulunun, “Qaynar xətt”in fəaliyyətə başlamasının, maksimal məlumatlandırılmanı təmin etmək məqsədilə biznes sektorun, ictimai təşkilatların nümayəndələri və vətəndaşlarla kommunikasiya görüşlərinin keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.

İstehlakçı hüquqlarının səmərəli həyata keçirilməsi prosesində Milli Rəqabət Agentliyinə texniki və konsaltinq dəstəyi Aİ tərəfindən maliyyələşdirilən TWINNING layihəsi çərçivəsində həyata keçiriləcək Litva və Avstriyanın Rəqabət Agentliklərindən olan peşəkarlar komandası göstərəcək. Layihə, rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı siyasət istiqamətini gücləndirmək, Gürcüstanda istehlakçıların hüquqi statusunu yaxşılaşdırmaq, yüksək səviyyəli müdafiəni təmin etmək, hörmətə əsaslanan davranış mədəniyyətini formalaşdırmaq hədəfini daşıyır.

“Brüsseldə, Gürcüstan-Avropa İttifaqı assosiasiyasının iqtisadi və sektoral əməkdaşlıq üzrə alt komitəsinin iclasında Gürcüstan tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun qəbul edilməsi və bu istiqamətdə icranın başladılmasının olduqca vacib addım olduğu xüsusilə vurğulanıb. Agentlikdə yaradılan və hazırda 8 əməkdaşdan ibarət şöbə fikrimcə qarşıya qoyulan vəzifələri effektiv şəkildə həyata keçirəcək. Əsas məqsədimiz istifadəçinin hüquqlarının qorunması və təmin edilməsi, digər tərəfdən isə pozuntuların qarşısının maksimum alınması üçün ticarətlə məşğul olan şəxs tərəfindən bütün öhdəliklərin tənzimlənməsidir ” – deyə İrakli Lekvinadze iclasda bildirib.

Müxtəlif dövlət və özəl strukturlarda uzun illər iş təcrübəsi olan Serqo Sanikidze Milli Rəqabət Agentliyində İstehlakçıların Hüquqlarının Müdafiəsi Şöbəsinə rəhbərlik edəcək.