Milli Rəqabət Agentliyi - təmərküzləşmə barədə məlumat vermədiyi üçün üç şirkət cərimələnib
Milli Rəqabət Agentliyi - təmərküzləşmə barədə məlumat vermədiyi üçün üç şirkət cərimələnib

 

Milli Rəqabət Agentliyi təmərküzləşmə barədə məlumat vermədiklərinə görə 3 iqtisadi agenti, o cümlədən bir fiziki şəxsi cərimələyib-bu barədə Milli Rəqabət Agentliyinin mətbuat xidməti məlumat yayır.

Verilmiş məlumata əsasən agentliyin qərarıyla sözügedən şirkətlərə həyata keçirilən təmərküzləşmə barədə qanunvericiliklə təyin edilmiş formada agentliyə bildiriş təqdim etmək tapşırılıb. Təmərküzləşmə barədə məlumat  verilmədiyinə görə iqtisadi agentlər 32.000 lariyə qədər cərimələnib.

“Söhbət 2022-ci ilin dördüncü rübündə agentliyə əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilən təmərküzləşmədən gedir. Beş iqtisadi agentlə bağlı iş yürüdülürdü, hərçənd ikisi qanunla müəyyən edilmiş istisnalara daxil edildi.

Təmərküzləşmə aksesuar və dəbdəbəli əşyaların ticarəti sektorunda, kənd təsərrüfatı texnikasının idxalı və satışı sektorunda, qara və əlvan metalların ticarəti sahəsində həyata keçirilib.

Məlumat üçün bildirək ki, təmərküzləşmə, onun iştirakçılarının Gürcüstan ərazisində birgə (ümumi) illik dövriyyəsi 20 milyon laridən çox olması və eyni zamanda təmərküzləşmədə iştirak edən ən azı iki şəxsdən hər birinin illik dövriyyəsi beş milyon laridən artıq olması halında agentliyə əvvəlcədən məcburi bildiriş verilməsini nəzərdə tutur. Qanunvericiliyə müvafiq olaraq, agentlikdən yan keçməklə təmərküzləşmənin həyata keçirilməsi halında şirkətin əvvəlki ilin dövriyyəsinin 5%-nə qədər miqdarında cərimə nəzərdə tutulur. Təmərküzləşməyə dair bildirişin müzakirəsinin haqqı 5000 lari təşkil edir.

2022-ci ildə Gürcüstanda qeydiyyatdan keçmiş 20 639 şirkətin birləşməsi (təmərküzləşmə) yoxlanılıb. Agentlik altı təmərküzləşməyə razılıq verib. Bunlardan iki birlik (təmərküzləşmə) agentlikdən yan keçməklə həyata keçirilib. Müvafiq olaraq, iqtisadi agentlər 60 min lari məbləğində cərimələnib”–deyə Milli Rəqabət Agentliyinin məlumatında qeyd olunur.