Gürcüstan Milli Rəqabət Agentliyi qoz-fındıq bazarında monitorinqə başladı. Agentlikdə bəyan etdiklərinə görə, monitorinq yerli fermerlərin müraciəti əsasında başladı.
“Monitorinqin məqsədi bazarın vəziyyətini rəqabət qanunvericiliyi, o cümlədən mövsümi qiymətlərə təsir edən amillər baxımından qiymətləndirməkdir”, – idarədə bəyan edirlər.
Qeyd olunasıdır ki, 2022-ci ildə Milli Rəqabət Agentliyi əczaçılıq bazarı, avtomobil yanacağı (benzin, dizel) və şüşə tullantılarının toplanması-təkrar emalı üzrə monitorinqi başa çatdırdı.
Cari rejimdədir – banklarda sığorta məhsullarının təklifi/realizasiyası və qaz mühərriki yanacağı bazarlarının monitorinqi.