Milli Qida Agentliyi - yerli qarpız və yemişdə nitratların normadan artıq olması qeydə alınmayıb
Yerli qarpız və yemişdə nitratların normadan artıq olması qeydə alınmayıb- bu barədə Milli Qida Agentliyi məlumat yayır.
İdarədən bu ilin iyul-avqust aylarında Milli Qida Agentliyinin müfəttişlərinin yoxlama aparmaq məqsədilə satış obyektlərindəki yerli qarpız və yemiş məhsullarından 51 nümunə götürdükləri deyilir.
İdarədən verilən məlumatda, laboratoriya tədqiqatları nəticəsində nümunələrin heç birində normadan artıq nitrat aşkar edilmədiyi qeyd olunub.
“Milli Qida Agentliyi mövsümi tərəvəzləri və bostan bitkilərini nitrat tərkibi ilə əlaqədar müntəzəm olaraq yoxlayır. Monitorinq bütün ölkə miqyasında aparılır. Cari ilin sonuna kimi daha 100-ə yaxın nümunənin götürülməsi və yoxlanılması planlaşdırılır” – deyə Milli Qida Agentliyindən bildirilib.