Milli Qida Agentliyi Tbilisidə şaurma obyektlərindən birində istehsal prosesini dayandırıb
Milli Qida Agentliyi Tbilisidə şaurma obyektlərindən birində istehsal prosesini dayandırıb

 
Milli Qida Agentliyi Tbilisidə şaurma obyektlərindən birində istehsal prosesini dayandırıb.

Bu barədə məlumatı Milli Qida Agentliyi yayır.

“Şaurma obyektində istehsal prosesi dayandırılıb. Milli Qida Agentliyi Tbilisi Şəhərinin Yoluxucu Xəstəliklərin Epidemik Müşahidəsi və Nəzarət Bələdiyyə Mərkəzindən salmonelloza təsdiqlənmiş yoluxma haqqında bildiriş alıb. Epidanamnezə əsasən pasiyent “OK” şaurma obyektindən (Tsereteli pr. 22) aldığı şaurmanı qida olaraq qəbul edib. Məlumat aldıqdan dərhal sonra Milli Qida Agentliyinin Tbilisi Şəhər Xidmətinin səlahiyyətli şəxsləri tərəfindən şaurma obyektində (MMC “Madli”– Şaurma obyekti “OK”, S/K 404581877) dövlət nəzarəti – plandankənar yoxlama həyata keçirilib və qida məhsullarından nümunələr götürülüb ( donuz əti ilə şaurma, şaurma üçün nəzərdə tutulmuş qızardılmış donuz əti, salat yarpağı, toyuq budu və dondurulmuş donuz əti).

Laboratoriya tədqiqatları nəticəsində şaurma və şaurma üçün nəzərdə tutulmuş qızardılmış donuz ətində patogen mikroorqanizm – Salmonella, eləcə də Proteus spp (proteus bakteriyaları), koliformalar, aerob mikroorqanizmlər və kif göbələkləri aşkar edilib.

Kritik uyğunsuzluqlara görə MMC “Madli”nin istehsal prosesi dayandırılıb və qanunvericiliyə uyğun olaraq cərimələnib; Həmçinin ümumi yuma-dezinfeksiya işlərinin aparılması, inventarın səthlərindən nümunələrin götürülməsi və xidmət işçilərinin sağlamlıq vəziyyətinin yoxlanılması tapşırılıb” – Milli Qida Agentliyinin məlumatında deyilir.