Milli Qida Agentliyi Kvemo Kartlidə atların qanunsuz kəsim yerini aşkarlayıb
Milli Qida Agentliyi Kvemo Kartlidə atların qanunsuz kəsim yerini aşkarlayıb

 

Milli Qida Agentliyi Kvemo Kartlidə atların qanunsuz kəsim yerini aşkarlayıb-bu barədə məlumatı Milli Qida Agentliyi yayır.

“Milli Qida Agentliyinin Kvemo Kartli regional bölməsinin müfəttişləri patrul polisinin iştirakı ilə Tetritsğaro Munisipalitetinin Vaşlovani kəndi ərazisində fiziki şəxsin, Qoqa Bakuzanovun həyətində atların kəsildiyi qanunsuz, kustar üsulla hazırlanmış ət kəsimi məntəqəsi aşkar ediblər.

Fiziki şəxs 1000 lari məbləğində cərimə edilib və iş əlavə araşdırma üçün hüquq-mühafizə orqanlarına göndərilib” -deyə məlumatda qeyd olunub.