Milli Qida Agentliyi keyfiyyətsiz bitki mühafizə vasitələrinin bazara çıxarılmasının qarşısını almaq məqsədilə ixtisaslaşdırılmış satış obyektlərində yoxlamalar aparır
Milli Qida Agentliyi keyfiyyətsiz bitki mühafizə vasitələrinin bazara çıxarılmasının qarşısını almaq məqsədilə ixtisaslaşdırılmış satış obyektlərində yoxlamalar aparır.
Milli Qida Agentliyindən verilən məlumata görə, artıq 300-ə yaxın obyektdə dövlət nəzarəti həyata keçirilib, onlardan 29-da etiketləmə, saxlama və satış şərtlərinin pozulması, qeydiyyata alınmadan fəaliyyət göstərmə faktları aşkar edilib.
“Aşkar edilmiş qanun pozuntuları ilə bağlı qurumun səlahiyyətli şəxsləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilib. Hazırda pestisidlərin və aqrokimyəvi preparatların satışı ilə məşğul olan 600-ə yaxın obyekt qeydiyyatdadır. Bu il dövlət proqramına əsasən, bütün satış obyektlərinin yoxlanılması nəzərdə tutulub, 500-ə yaxın dərman nümunəsi götürülərək ekspertizadan keçiriləcək. Yoxlama zamanı kənd təsərrüfatı məhsullarının istehsalı, qablaşdırılması, etiketlənməsi, qablaşdırılması, saxlanması və satışı şəraitinə diqqət yetirilir”, – məlumatda deyilir.