Milli Qida Agentliyi qidaya yararsız 1166 kiloqram balığı möhürləyib
Milli Qida Agentliyi qidaya yararsız 1166 kiloqram balığı möhürləyib

 

Milli Qida Agentliyi qidaya yararsız 1166 kiloqram balığı möhürləyib. Milli Qida Agentliyinin məlumatında obyektin cərimələndiyi və fəaliyyət hüququnun dayandırıldığı deyilir.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi Departamenti və Milli Qida Agentliyinin birgə tədbiri nəticəsində qeyri-qanuni, biznes operator qeydiyyatı olmadan və tanınmadan fəaliyyət göstərən MMC “Emi” balığın hisəvermə müəssisəsi (S/C 400254087, ünvan: Rustavi şossesi 22) müəyyən edilib.

Yoxlanış zamanı kritik uyğunsuzluqlar, sanitar-gigiyena normalarının pozulması halları müşahidə edilib.

Milli Qida Agentliyinin Tbilisi şəhər xidməti tərəfindən 1166 kiloqram balıq məhv edilmək üçün möhürlənib.

Laboratoriya tədqiqatları üçün nümunələr götürülüb. Obyekt cərimələnib və fəaliyyət hüququ dayandırılıb” -deyə Milli Qida Agentliyinin məlumatında deyilir.