Milli Qida Agentliyi dənizkənarı kurortlarda ictimai iaşə obyektlərini yoxlayır
Milli Qida Agentliyi dənizkənarı kurortlarda ictimai iaşə obyektlərini yoxlayır

 
Kurort zonalarında yerli əhalinin və istirahət edənlərin sağlamlığının və hüquqlarının qorunması məqsədilə ictimai iaşə obyektlərinə nəzarət aktiv olaraq həyata keçirilir. Məlumatı Milli Qida Agentliyi yayır.

Onların verdiyi məlumata əsasən, 150-yə yaxın biznes operatorunda dövlət nəzarəti artıq həyata keçirilib, yoxlama nəticəsində isə on obyektdə kritik uyğunsuzluqlar aşkar edilib, bu səbəbdən də biznes operatorlar cərimələnib və uyğunsuzluqlar aradan qaldırılana qədər istehsal prosesi dayandırılıb.

“Milli Qida Agentliyinin müfəttişləri rotasiya prinsipi ilə turistlərin çox olduğu bölgələrdə, Quria və Acarada, Urekidə, Şekvetilidə, Batumidə, Kobuletidə, Qonioda, Kvariatidə, Sarpda və yüksk dağlıq Acarada kafe-barları, restoranları, mehmanxanaların qida bloklarını, çörəkxana və “fast food” obyektlərini yoxlayırlar. 150-yə yaxın biznes operatorunda dövlət nəzarəti artıq həyata keçirilib.

Yoxlama nəticəsində on obyektdə kritik uyğunsuzluqlar aşkar edilib, bu səbəbdən qanunla nəzərdə tutulmuş tədbirlər həyata keçirilib. Biznes operatorlar cərimələnib və uyğunsuzluqlar aradan qaldırılana qədər istehsal prosesi dayandırılıb.

Yoxlama zamanı qida məhsullarının tarixlərinə, etiketlənməsinə, saxlanma və satış şəraitinə, sanitar-gigiyena normalarına, izlənməsinə xüsusi diqqət yetirilir.

Milli Qida Agentliyi qida təhlükəsizliyi tələbləri ilə əlaqədar biznes sektorunu məlumatlandırmaq və istehsal təcrübəsini yaxşılaşdırmaq məqsədilə daim tövsiyələr verir, maraqlı tərəflərlə görüşür və onlara ən son məlumatları təqdim edir.

Nəticədə ictimai iaşə obyektlərində əvvəlki illərlə müqayisədə vəziyyət kəskin şəkildə yaxşılaşıb ki, bunu istehlakçılar arasında keçirilən sorğu və Milli Qida Agentliyi tərəfindən illik dövlət nəzarətinin nəticələri sübut edir.

Milli Qida Agentliyi 2018-ci ildən turizm mövsümündə rotasiya prinsipi ilə ictimai iaşə obyektlərinə nəzarət həyata keçirir” – Milli Qida Agentliyinin məlumatında deyilir.