Milli Qida Agentliyi - Batumi kənd təsərrüfatı bazarında 2,5 ton ət möhürlənib
Milli Qida Agentliyi - Batumi kənd təsərrüfatı bazarında 2,5 ton ət möhürlənib

 

Milli Qida Agentliyinin rotasiya prinsipi ilə təsis edilmiş təftiş qrupları Batuminin kənd təsərrüfatı bazarında yoxlama aparıblar. Milli Qida Agentliyi tərəfindən verilən məlumatda, ət satışı obyektlərində dövlət nəzarətinin həyata keçirildiyi, ətin saxlanması və satışı şəraitinin yoxlanıldığı deyilir.

“Müəssisələrin bir hissəsi qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verib, lakin bəzilərində sanitar-gigiyena normalarının pozulması, baytarlıq nişanı olmayan ətin satışı kimi uyğunsuzluqlar müəyyən edilib, bu isə mal-qaranın kəsim məntəqəsindən yan keçərək kəsilməsi ; İnsan sağlamlığı üçün təhlükə daşıyan yüksək riskli patogenli hissə çıxarılmamış ətin qeyri-müvafiq şəkildə parçalanması mənasına gəlir .

Milli Qida Agentliyi Achara Kənd Təsərrüfatı Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirib – 2,5 ton şübhəli ət möhürlənərək məhv edilib, sahibkarlıq subyektləri cərimələnib və istehsal prosesi dayandırılıb.

Agentlik tərəfindən verilən tövsiyələr əsasında, sanitar şəraitin yaxşılaşdırılması məqsədilə bazarda təmizlik və yuyulma-dezinfeksiya işləri aparılıb.

“Yerli əhalinin və turistlərin sağlamlığını qorumaq üçün Milli Qida Agentliyi ət kəsim məntəqələrində, eləcə də ət satışı və ictimai iaşə obyektlərində ət və ət məhsullarına nəzarəti mümkün qədər aktivləşdirir” – deyə agentliyinin rəhbəri Vasil Basiladze bildirib.

Cari ilin iyul-avqust aylarında ət kəsim məntəqələri və ət satışı obyektləri daxil olmaqla 800-ə yaxın obyektdə yoxlama aparılıb. 10 min kq-a qədər ət möhürlənib”- deyə Milli Qida Agentliyinin məlumatında bildirilir.