"Milli Müdafiyə Qüvvələri" adlanan kürt silahlı qüvvələri Suriyənin Mancib şəhərindən çıxdılar
“Milli Müdafiyə Qüvvələri” adlanan kürt silahlı qüvvələri Suriyənin Mancib şəhərindən çıxdılar.
Silahlı qüvvələrin rəhbərliyinin yaydığı bəyanatda deyilir ki, “Mancib hərbi şurasının” qərarı ilə, Mancib şəhərini “İslam Dövlətindən” məhz kürt silahlı qüvvələri azad etdilər, sonra isə, yerli əhaliyə, öz hərbi milisiyasını yaratmağa yardım etdilər.
Al Mayadeen teleşirkətinin yayımladığına görə, kürt qüvvələrinin Mancib şəhərindən çıxması ABŞ və Türkiyə arasında qoyulan razılaşmadır.
Qeyd olunan məsələ ilə bağlı danışıqlar Vaşinqtonda, Türkiyənin Xarici İşlər Naziri və ABŞ Dövlət Katibi arasında aparıldı.