Milli Müdafiə Akademiyasının kursantları 1921-ci ildə həlak olan kursantların xatirəsini yad ediblər
Davit Ağmaşenebeli adına Milli Müdafiə Akademiyasının kursantları 1921-ci ildə həlak olan kursantlara həsr olunmuş 1921 metr məsafəyə qaçış üzrə rəmzi marafonda iştirak ediblər.
Kursantlar 1921-ci ilin fevralında sovet işğalına qarşı döyüşlərin getdiyi Kocoridə olublar.
Gənclər Kocoridə bu vaxtadək qalan səngərlərdə olub, Milli Müdafiə Akademiyasının hərbi tarixçisi Qiorqi Beridzenin 1921-ci ilin hərbi əməliyyatları haqqında mühazirəsini dinləyiblər.
Milli Müdafiə Akademiyasının kursantları Kocori-Tabaxmela döyüşlərində həlak olan kursantların abidəsində Gürcüstanın azadlığı uğrunda mübarizədə həlak olmuş qəhrəmanların xatirəsini bir daha ehtiramla yad ediblər. 1921-ci ilin fevralında kursantlar Kocori və Tabaxmela yaxınlığında Sovet Rusiyasının Qızıl Ordusuna qarşı vuruşurdular. Tədbir “İşğal həftəliyi” çərçivəsində keçirilib.
Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.