Milli Meşə Agentliyi və Ətraf Mühitə Nəzarət Şöbəsinin əməkdaşları 2022-ci ildə qanunsuz ağac kəsilməsi və daşınması ilə bağlı 780 fakt aşkarlayıblar
Milli Meşə Agentliyi və Ətraf Mühitə Nəzarət Şöbəsinin əməkdaşları 2022-ci ildə qanunsuz ağac kəsilməsi və daşınması ilə bağlı 780 fakt aşkarlayıblar

 

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Meşə Agentliyi və Ətraf Mühitə Nəzarət Şöbəsinin əməkdaşları 2022-ci ildə qanunsuz ağac kəsilməsi və daşınması ilə bağlı 780 fakt aşkarlayıblar. Qanun pozucularından 4 098 997 kubmetrə qədər taxta-şalban ehtiyatı müsadirə edilib.

Cinayət əlamətləri olan qanun pozuntuları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

“Təbii sərvətlərdən istifadə sahəsində səmərəli dövlət nəzarətinin həyata keçirilməsi, o cümlədən təbii sərvətlərdən qeyri-qanuni istifadənin qarşısının alınması və aşkarlanması nazirliyin əsas prioritetidir” – deyə ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Kaxa Kakabadze açıqlayıb.

Ölkə miqyasında qanunsuz olaraq əldə edilmiş taxta-şalban bölgələrin “işgüzar həyətlərinə”aparılıb, oradan satılır.